Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Cinsi həyatda sıxıntınız varsa, oxuyun

CC0 / Free-Photos / womanYataqda uzanmış gənc qadın, arxiv şəkli
Yataqda uzanmış gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İntim hisslərini gücləndirən məhsullar müəyyən olunub

BAKI, 1 yanvar — Sputnik. Böyük Britaniyadan olan diyetoloq Sara Flor qidalanma ilə libidonun arasında olan əlaqəni araşdırıb. Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, onun fikrinə görə, bəzi məhsullar cinsi aktivliyi və cinsi həvəsi artırır. Bu mənada ən faydalı məhsullar yağlı balıq, yumurta və qozdur.

Diyetoloq həmçinin qidalanmaya giləmeyvələr, ispanaq, balqabaq tumları, noxud kimi məhsulları daxil etməyi tövsiyə edir. Quş əti də libidonu artırır. Kərəviz, sarımsaq, tünd şokolad, acı istiot kimi məhsullar da cinsi həvəsi artıran məhsullar siyahısına düşüb.

Eyni zamanda diyetoloq qidalanmada şəkəri azaltmağı tövsiyə edir.

Xəbər lenti
0