"Hər an Amerikaya zərbə endirə bilərik"

© Photo : Yonhap via REUTERSSeulda insanlar Kin Çen Inın çıxışına qulaq asırlar, 1 yanvar 2018-ci il
Seulda insanlar Kin Çen Inın çıxışına qulaq asırlar, 1 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Kim Çen In: "Bütün Amerika nüvə silahımızın əhatə dairəsindədir"

BAKI, 1 yanvar — Sputnik. "Amerikanın bütün nöqtələrini vura biləcək nüvə silahının düyməsi hər zaman əlimin altındadır". Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bunu Şimali Koreya (KXDR) prezidenti Kim Çen In deyib.

"Biz milli nüvə kompleksinin yaradılmasını yekunlaşdırdıq. Artıq düşmənimiz olan ABŞ-ın bütün torpaqlarını vurma gücü olan nüvə silahımız var" — KXDR lideri bildirib.

Yeni il münasibətilə xalqı təbrik edən In, Amerikanın heç bir zaman ölkəsinə qarşı müharibəyə başlaya bilməyəcəyini bəyan edib: "Bütün Amerika nüvə silahımızın əhatə dairəsindədir. Nüvə düyməciyi isə masamın üzərindədir. Bu, reallıqdır, təhdid deyil".

Xəbər lenti
0