Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ermənistana gedən avtobusun törətdiyi qəzada 5 azərbaycanlı öldü

© Sputnik / Alexander ImedashviliМашина скорой помощи в Тбилиси, фото из архива
Машина скорой помощи в Тбилиси, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Tbilisidə Ermənistana gedən avtobusun törətdiyi qəzada 5 azərbaycanlı ölüb

BAKI, 31 dekabr — Sputnik. Ötən gecə Tbilisidə baş vermiş avtomobil qəzası nəticəsində ölən 5 nəfərin azərbaycanlı olduğu məlum olub.

APA-nın məlumatına əsasən, Rusiyadan Ermənistana gedən “Mercedes Neoplan” avtobusu Tbilisidə “Quru  körpü” yaxınlığında “Lada” markalı minik avtomobili ilə toqquşub. Minik avtomobilinin sürücüsü və 4 sərnişini qəza nəticəsində ölüb.  

Dünyasını dəyişmiş azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır. Onların hər birinin 19 yaşı olub. Faciəvi şəkildə ölən gənclər sabah doğulduqları Sadaxlı kəndində dəfn olunacaqlar. 

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала