Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İranda aksiyalar zamanı iki nəfərin öldüyü təsdiqlənib

© AFP 2024 / STRБеспорядки в Иране
Беспорядки в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
"Associated Press" agentliyi Dorud şəhərində aksiya zamanı iki nəfərin öldüyü barədə məlumat yayıb

BAKI, 31 dekabr — Sputnik. İran hakimiyyəti Lurestanda etiraz aksiyalarında toqquşmalar zamanı iki nəfərin öldüyünü təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə İranın "Press TV"  telekanalı məlumat yayıb.

Telekanal təhlükəsizlik qüvvələrinin "aksiyaçılara atəş açmadığını" qeyd edib.

Qeyd edək ki, bundan öncə "Associated Press" agentliyi Dorud şəhərində aksiya zamanı iki nəfərin öldüyü barədə məlumat yayıb. 

Dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. 

Xəbər lenti
0