Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Artıq bu xəstəlikdən əziyyət çəkən olmayacaq — Müalicəsi var

CC0 / josemdelaa / smСантиметр, фото из архива
Сантиметр, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim: "Bu xəstəlik zamanında aşkarlanarsa, müalicə etmək mümkündür"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 31 dekabr — Sputnik. Dünyada çox sayda insanın əziyyət çəkdiyi xəstəliklərdən biri də boy hormonunun çatışmazlığıdır (liliputluq). Bu xəstəlik tibdə "hipofizar nanizm" adlandırılır. Hipofiz- kəllədə, baş beynin yaxılığında yerləşən, boy hormonu — somatotropin ifraz edən daxili sekresiya vəzisidir. Boy hormonu — borulu sümüklərin uzanması və orqanizmdə əsas tikinti materialı olan zülalın əmələ gəlməsini təmin edir. Hipofizin funksiyası və boy hormonunun istehsalı pozulduqda (25 yaşa qədər) hipofizar nanizm — cırtdanboyluluq yaranır. Belə xəstələr cəmiyyətdə seçilir və bu xəstəlik onların yaşam tərsinə birbaşa təsir edir.

Sputnik Azərbaycan tibb mütəxəssislərindən liliputluğun, yəni boy hormonu çatışmazlığının səbəblərini və müalicəsinin mümkün olub-olmadığını araşdırıb. 

Девочка с симптомами гриппа измеряет температуру, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dostun ölümündən sonra tapılan dərman, xilas edilən uşaq, dünyanı ağuşuna alan xəstəlik

Ultrasəs müayinə (USM) üzrə mütəxəssis Gülnar Quliyeva deyib ki, cırtdanboyluluq əsasən genetik problemdir: "Valideynlərin hər hansındasa boy problemi olursa, uşaqlardan birində və ya bir neçəsində həmin problem yarana bilər. Biz ultrasəs müayinəsi aparan zaman, birinci növbədə dölün həftəsinə uyğun olaraq baş, bədən ölçülərini müəyyən edirik. Ölçülər dölün həftəliyinə uyğun olmayanda mütləq şəkildə xəstənin ginekoloquna xəbər veririk".

USM mütəxəssisi indiyədək dölün bədən ölçülərinin anormal inkişafına rast gəlmədiyini də qeyd edib: "İşlədiyim müddət ərzində qarşılaşdığım problemlər ürək, qan damar, beyin və digər üzvlərin qüsurlu olması ilə bağlı olub".

Pediatr Xəyalə Quliyeva isə bildirib ki, "hipofizar nanizm" böyümə hormonunun yetərincə sintez edilməməsi səbəbindən yaranan xəstəlikdir: "Boyun kişilərdə 130 sm, qadınlarda 120 sm-dən az olması bu xəstəliyin əsas əlaməti sayılır. Xəstəliyin səbəbləri arasında əsas yeri genetik faktor (qohum evlilikləri də buna aiddir) tutsa da, qazanılmış formalar da mövcuddur ki, bunlar da doğum qüsurlarıdır. Beyin travmaları, hipofiz vəzinin xəstəlikləri, siflis, vərəm, kimya terapiyası, radiasyon şüalanma və s. nəticəsində yaranır. Bir çox hallarda səbəbdən asılı olaraq xəstələrdə tək boyun deyil, eyni zamanda psixomotor inkişafın ləngiməsi, əqli cəhətdən yaşıdlarından geri qalma halları, daxili orqanlarda bir sira dəyişikliklər müşahidə edilir. Qızlarda menstruasiya tsiklinin gec başlaması, oğlanlarda cinsi funksiyanın zəif olması, hətta sonsuzluq problemləri belə qeyd edilir". 

Şəkərli diabet - Sputnik Azərbaycan
Bəşəriyyəti ağuşuna alan xəstəlik: 15 il sonra 500 milyon olacaq...

"Müalicəyə gəldikdə isə, səbəbdən asılı olaraq erkən yaşlarda müalicəyə başlanılsa, müəyyən müsbət nəticələr əldə etmək mümkündür" — deyə pediatr əlavə edib.

Endokrinoloq Samir Şükürov deyib ki, bu xəstəliyinin yaranma səbəbi boy hormonunun əskikliyi ilə bağlı ola bilir, eyni zamanda genetik də ola bilir: "Yəni nəsildə bir nəfərdə boyun həddindən artıq kiçik olması belə xəstəliyin genetik olaraq uşağa keçməsinə səbəb ola bilər. Bir sözlə. xəstəliyin yaranma səbəbini araşdırandan sonra yaranma səbəbini də tapmaq olur".

Həkim iddia edir ki, xəstəlik zamanında aşkarlandıqda müalicə etmək mümkündür: "Xəstəlik aşkarlandıqda sümük böyümə zolağı bağlanana qədər müalicəsi aparıla bilər. 17-18 yaşa kimi uşaqları müalicə etmək olur. Müalicəyə başlamanın yaşı yoxdur. Uşaqda qüsur aşkarlanan gündən müalicə aparıla bilər. Bəzən genetik səbəbdən boy çatışmazlığı olur ki, onu müalicə etmək gec olur. Bəzi xəstələr də var ki, boy hormonunu ömür boyu qəbul etməli olurlar. Bir sözlə, liliputluğun müalicəsi var".

"Boy hormonunun əskikliyi tək boyun balaca qalmasına səbəb olmur, eyni zamanda sümüklərin inkişafına və digər daxili orqanların inkişafında ləngimələrə səbəb olur, fəaliyyətinə mane ola bilir. Azərbaycanda da belə xəstələr çoxdur" – deyə həkim əlavə edib.

Xəbər lenti
0