CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının məşhur supermarketlər şəbəkəsinin başı dərddə

CC0 / succo / hammerTərəzi və məhkəmə çəkici, arxiv şəkli
Tərəzi və məhkəmə çəkici, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Araz Supermarket” barəsində inzibati xəta haqqında iş başlanılıb

BAKI, 30 dekabr — Sputnik. “Araz Supermarket” MMC barəsində inzibati xəta haqqında iş başlanılıb.

"Report"un xəbərinə görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə başlanılmış işə Nəsimi Rayon Məhkəməsində baxılıb.

Məhkəmə iş üzrə icraata xitam verib.

Həmin qərardan narazı qalan Maliyyə Bazarlarına Nəzarət Palatası apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Xəbər lenti
0