Dünyada bir ilk: Pilotsuz qatar xəttə buraxıldı

© Sputnik / Murad OrujovBakı Metropoliteninin Nəriman Nərimanov stansiyası
Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Qatar Çində istehsal edilib, onun maksimal sürəti saatda 80 kilometrdir

BAKI, 30 dekabr — Sputnik. Pekində metro xəttinə ilk dəfə olaraq tam avtomatlaşdırılmış, pilotsuz qatar buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

"Yanfan" yeraltı dəmir yolunun yeni qolunun uzunluğu 14,4 kilometrdir. O, doqquz stansiyaya açılır. Xətt Pekin yaxınlığındakı Yanşanı Fanşan rayonu ilə birləşdirir. Burada eniş edib şəhərin mərkəzinə getmək mümkündür.

Qeyd edilir ki, qatar Çində istehsal edilib. Onun maksimal sürəti saatda 80 kilometrdir.

Qatarın tam avtomatlaşdırılmasına baxmayaraq, kabinədə fövqəladə hallara qarşı maşinist var.

Xəbər lenti
0