BAKI, 30 dekabr — Sputnik. Hollandiya prokurorluğu Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın bu ölkədəki Türkiyə konsulluğuna girişinə icazə verilməməsinə etiraz edən 6 nəfər haqqında cinayət işi açıb.
Sputnik Azərbaycan "Sabah"a istinadla xəbər verir ki, prokurorluqdan istintaq nəticəsində həbs edilən 2-si uşaq 6 nəfərin zorakılığa əl atdıqları səbəbilə mühakimə olunacağı bildirilib.
Qeyd edək ki, Hollandiya hökuməti 11 Mart 2017-ci ildə türkiyəli nazirin Türkiyə konsulluğuna girişinə icazə verməmişdi. Rotterdamda baş konsulluğa girməsinə imkan verilməyən Kayanın əvvəl qorumaları saxlanılıb. Bundan sonra nazir Almaniyaya getmişdi.
Rotterdam baş konsulluğu qarşısında gözləyən Türk vətəndaşlarına qarşı polis şiddəti zamanı ən az 7 nəfər yaralanıb və 12 nəfər saxlanılıb.