BAKI, 30 dekabr — Sputnik. 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin tarixi adı bərpa edilib. Sputnik Azərbaycan xəbər verir ki, Gəncənin tarixi adı XX əsrdə ikinci dəfə bərpa olunub.
Zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Yelizavetpol adını ləğv edərək şəhərin adını özünə qaytarsa da sovetləşmədən sonra — 1935-ci ildə Gəncə Kirovabad adlandırılıb.
Əlli dörd il sonra — 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb.