BAKI, 30 dekabr — Sputnik. İordaniya Kralı 2-ci Abdullahın Səudiyyə Ərəbistanın başçılığı ilə özünə qarşı çevriliş cəhdi olacağı şübhəsi ilə iki qardaşını və əmisioğlunu ordudakı vəzifələrindən çıxardaraq ev dustağı etdiyi iddia edilib.
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, iddiaya görə, beləliklə ehtimal olunan bir dövlət çevrilişi cəhdinin qarşısının alınıb.
İddiaya görə, İordaniya xüsusi xidmət orqanları bu barədə kral Abdullaha məlumat verib və o iki qardaşını və əmisioğlunu ordudakı vəzifələrindən çıxardaraq ev dustağı edib.