BAKI, 30 dekabr — Sputnik. Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın 15 İyul çevriliş cəhdinin ildönümündən bu yana qolundan çıxarmadığı saatın hekayəsi məlum olub. Ərdoğan üçün xüsusi hazırlanan saatın dəstəyindəki "15 İyul" loqosu diqqət çəkib.
Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, prezident Ərdoğanın qolunda xüsusi bir saat var. Saatda "15 İyul" loqosu var. Arxasında isə "Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti" ifadəsi yazılıb.