BAKI, 30 dekabr — Sputnik. "Jerusalem Post" qəzetinə danışan ABŞ rəsmiləri, İsrail ilə ABŞ-ın İranı dayandırmaq üçün yeni bir gizli plan üzərində razılaşdığını deyib.
Sputnik Azərbaycan bu barədə "Sabah"a istinadla xəbər verir.
Məlumatda ABŞ və İsrail nümayəndə heyətlərinin müştərək iş apardığı qeyd olunub. Bu heyətlərin "Hizbullah"a verdiyi dəstək başda olmaqla İranın regiondakı fəaliyyətinə qarşı tədbirlər təşkil etdiyi və müharibə sonrası Suriya məsələsində ortaq siyasəti inkişaf etdirəcəyi də qeyd edilib.