CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ukraynada azərbaycanlı gənci psixi xəstəxanaya salıblar

CC0 / Foundry / HallwayXəstəxana dəhlizi, arxiv şəkli
Xəstəxana dəhlizi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ş.Feyzullayev əvvəl Ukraynada azərbaycanlıların gənclər təşkilatının fəal üzvü olub

BAKI, 29 dekabr — Sputnik. Ukraynada Azərbaycan diasporunun fəal üzvü olmuş gənc məcbur psixi dispanserə yerləşdirilib. Sputnik Azərbaycan report-a istinadla xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev şəhərinin Qoloseevskiy Rayon Məhkəməsinin qərarı ilə qətldə ittiham olunaraq həbs olunan azərbaycanlı gənc psixi dispanserə yerləşdirilib.

Azərbaycan vətəndaşı, əslən Azərbaycanın Şamaxı şəhərindən olan, 1990-cı il təvəllüdlü Feyzullayev Şamil Rayon Məhkəməsinin növbəti qərarı ilə psixi xəstə olması səbəbindən istintaq təcridxanasından psixi dispanserə köçürülüb.

Azərbaycanlı gənc buna etiraz etsə də, qərar dəyişməyib.

Ş.Feyzullayev yaşadığı hostelin sakinləri ilə arasında dava nəticəsində ona ünvanlanan ağır təhqirə görə Aleksandr Prixodko adlı yerli gəncə bıçaqla xəsarət yetirməkdə ittiham olunub. Xəsarət alan şəxs dünyasını dəyişib. Ş.Feyzullayev məhkəmədə hüquqi yardıma ehtiyacı olduğunu bildirmişdi.

Ş.Feyzullayev əvvəl Ukraynada azərbaycanlıların gənclər təşkilatının fəal üzvü olub.

Xəbər lenti
0