BAKI, 29 dekabr — Sputnik. Prezident İlham Əliyev "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub.
Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı oradakı şəraitin dözülməz olduğunu bildirib. O qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.
Prezident İlham Əliyev aidiyyatı dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.