BAKI, 29 dekabr — Sputnik. İtaliya prezidenti Sercio Mattarella dekabrın 28-də parlamentin buraxılması haqqında fərman imzalayıb. Sputnik Azərbaycan bu barədə BBC-yə istinadən xəbər verir.
Parlamentin buraxılması ilə qanunverici orqanın səlahiyyət müddəti də bitmiş sayılır. Hazırda növbəti parlament seçkilərinin keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir. Böyük ehtimalla, seçkilər gələn ilin martında keçiriləcək.
Dəqiq tarix Nazirlər Şurasının iclasında təyin olunacaq.