BAKI, 29 dekabr — Sputnik. "Facebook"da özünü qadın olaraq tanıdıb, görüşdüyü bir kişinin telefonunu əlindən alan S.G. adlı şəxs həbs edilib. Hadisə Kocaeli vilayətinin İzmit şəhərində qeydə alınıb.
Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, sosial şəbəkədə qadın adı altında səhifə açan 21 yaşlı S.G. T.A. adlı şəxslə danışmağa başlayıb. Onlar bir müddət sonra görüşmək üçün yer təyin ediblər. Deyilən ünvana gələn T.A.-ya yumruq atan S.G. onun mobil telefonunu götürərək qaçıb.
Zərərçəkən dərhal polisə müraciət edib. Onun ifadələrinə əsaslanaraq axtarışa başlayan polis ərazidə yerləşən təhlükəsizilik kameralarına baxıb. Şübhəlinin S.G. olduğunu müəyyən edən polislər onu çalışdığı iş yerində saxlayıblar.
S.G. bu cinayəti narkotik maddə almaq üçün etdiyini etiraf edib.