Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda nazir müavininin ailəsində dəhşətli hadisə baş verib

© pixabay / HAMZA BUTTМужчина в депрессии, фото из архива
Мужчина в депрессии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, üst-üstə yığılmış külli miqdarda borcdan depressiyaya düşərək özünü öldürüb

BAKI, 29 dekabr — Sputnik. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinlərindən birinin yaxın qohumu — kürəkəni ötən gün intihar edib. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

1987-ci il təvəllüdlü Əliyev Elvin Əziz oğlu öz evində özünü kəndirlə asıb.

İlkin məlumatlara görə, Əliyevin şəxsi biznesi olub. Amma son vaxtlar onun işləri qaydasında getmirmiş. Əliyev biznesini dayandırmağa məcbur olub. Amma onun böyük məbləğdə pul borcu yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

Xəbər lenti
0