BAKI, 29 dekabr — Sputnik. "Biz sənin ordunda xidmət etməyəcəyik. Biz işğalın bir hissəsi olmayacağıq". Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, 63 israilli gənc bu barədə baş nazir Benyamin Netanyahuya məktub yazıb. Məktub ölkədə gündəlik çıxan "Yedioth Ahronoth" qəzetində yayımlanıb.
"Ordu hökumətin insan haqlarını pozan irqçi siyasətini yerinə yetirir. Fələstinin işğalının və bu xalqa zülmün bir parçası olmayacağıq. Artıq 50 ildir dram davam edir. Eyni bölgədə İsraillilər üçün fərqli, fələstinlilər üçün fərqli qanunlar tətbiq edilir" – gənclər yazıb.
Məktubu imzalayanlar arasında hərbiyə getməyi rədd elədiyi üçün həbsdə olan 20 yaşlı Matan Helman da var.