BAKI, 29 dekabr — Sputnik. Milli Məclisin payız sessiyası başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında 19 məsələyə baxılıb.
Spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib və payız sessiyasının səmərəli keçdiyini bildirib. Sessiyaya Dövlət himninin səsləndirilməsi ilə yekun vurulub.
Bununla da deputatlar tətilə çıxıb. Tətil yanvarın 15-də başa çatacaq.