CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir gün keçdi və onlardan hələ də xəbər yoxdur...

Abunə olmaq
Bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub

BAKI, 29 dekabr — Sputnik. Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" — hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları bu gün də davam etdirilib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Halalr Nazirliyindən məlumat verilib.

Alpinist - Sputnik Azərbaycan
Alpinist dağdan belə yıxıldı – VİDEO

Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir. Qeyd edək ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub.

Amma təəssüf olsun ki, onlardan hələ də heç bir xəbər yoxdur…

İtkin düşmüş alpinistlərin dostları müxtəlif versiyalar irəli sürürlər. Bəziləri havalar isti olduğu üçün onların qar uçqununun altında qaldığını, digərləri isə onların soyuğa tab gətirmədiklərini düşünürlər.

Qeyd edək ki, alpinistlərin getdiyi istiqamətdə 3 zirvə var. Onlardan ən hündürü "Tufan" zirvəsidir. Məlumata görə, onların itkin düşməsinin səbəbi ən çətin xətt olan 3 B marşrutu üzrə hərəkət etmələridir.

"Qışda ora gedən adam diqqətli olmalıdır. Birinci təhlükə qar uçqunun olmasıdır. Sonra o dağda çatlar və çox möhkəm buz qatı olur. Əgər lazımı ləvazimatlar yoxdursa, ora getmək çətindir. Donvurma da ola bilər. Ora şimal tərəfdir. Gün şüalarının az düşdüyü yerdir" – deyə sosial şəbəkədə müzakirələr aparılıb.

Xəbər lenti
0