ABŞ Türkiyə qarşısında geri çəkildi: Viza böhranı həll edilib

© REUTERS / Jonathan ErnstABŞ vizası, arxiv şəkli
ABŞ vizası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Türkiyədəki səfirliyi atılan addımlarla bağlı açıqlama yayıb

BAKI, 28 dekabr — Sputnik. Türkiyə ilə ABŞ arasında viza böhranı həllini tapıb. Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi viza üçün müraciətlərin qəbuluna dair məhdudiyyətləri aradan qaldırıb.

Bunun əlaqədar ABŞ-ın Türkiyədəki səfirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Türkiyə vətəndaşlarına viza xidmətləri yenidən başlanacaq. Açıqlamada Türkiyə hökumətinin ABŞ-a müəyyən təminatlar veridiyi qeyd edilib. Səfirlikdən bildirilib ki, ABŞ Dövlət Departamenti bu təminatların Türkiyədə viza xidmətlərinin yenidən başlanılmasına kifayət edəcək səviyyədə olduğuna inanır.

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsi ilə əlaqədar ABŞ-ın Türkiyədəki səfirliyi oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq oktyabrın 9-da Türkiyənin ABŞ-dakı səfirliyi ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Xəbər lenti
0