BAKI, 27 dekabr — Sputnik. Seçki Məcəlləsinin 104-cü maddəsinə (Səsvermə qaydası) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən 104.7-ci maddə (ikinci halda) ləğv edilib.
Həmin maddədə deyilir ki, məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır.
Dəyişikliyə əsasən, Seçki Məcəlləsindən bu bənd çıxarılıb. Dəyişiklik Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.