BAKI, 28 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Suriyadakı hərbi əməliyyatlarda iştirak edən rus əsgərlərin sayını açıqlayıb. Sputnik Azərbaycan "Gazeta"-ya istinadən xəbər verir ki, Putin Suriyada antiterror əməliyyatlarında 48 mindən çox rusiyalı hərbçinin iştirak etdiyini bildirib.
Rusiya prezidenti bu barədə bu gün Suriyadakı döyüşlərdə iştirak etmiş zabitlərlə görüşü zamanı deyib.
“İki ilə yaxın müddətdə Suriyada 48 min zabit və əsgərimiz vuruşub” – Kreml rəhbəri vurğulayıb.