CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mən “Şaxta Baba” olacağam: Sputnik Azərbaycan-ın yardım kampaniyası başa çatdı

© Sputnik / Murad OrujovSputnik Azərbaycan-ın aksiyasının iştirakçısı
Sputnik Azərbaycan-ın aksiyasının iştirakçısı - Sputnik Azərbaycan
Abunə olmaq
Xeyirxah insanlar sayəsində Sputnik Azərbaycan-ın həyata keçirdiyi #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası çərçivəsində onkoloji xəstə uşaqların bayram arzuları yerinə yetirildi

BAKI, 28 dekabr — Sputnik. Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun həyata keçirdiyi #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası çərçivəsində onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların arzu etdikləri Yeni il hədiyyələri vaxtından əvvəl toplanıb.

© Sputnik / Murad Orujov#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası üçün alınmış hədiyyələrdən bəziləri
#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası üçün alınmış hədiyyələrdən bəziləri - Sputnik Azərbaycan
#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası üçün alınmış hədiyyələrdən bəziləri

Layihə çərçivəsində Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan 2 yaşdan 18 yaşadək olan 49 uşaq üçün hədiyyə toplanıb. Onlar öz yeni il arzularını Sputnik Azərbaycan-ın xüsusi açıqcalarına yazıblar. Həmin açıqcalar isə Sputnik Azərbaycan-ın "Əli və Nino" kitab dükanında (Park Bulvar TM, birinci mərtəbə) və "Bon Appetit" şirniyyat mağazasında (Bülbül prospekti, 36/38, "Nizami" Kino Mərkəzinin yanı) qurduğu Yeni İl yolkasını bəzəyib.

Елка доброты Спутника - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onlar sizi gözləyir: Sputnik Azərbaycan onkoloji xəstə uşaqlar üçün Şaxta Baba axtarır

Aksiyanın vaxtından əvvəl başa çatmasının səbəbi isə Azərbaycanda çox sayda xeyirxah insanın olmasıdır. Məhz onlar uşaqların yeni il arzularını yerinə yetirməyi öz üzərilərinə götürüblər. Uşaqların arzuları isə fərqli olub. Onlardan kimi Şaxta Babadan gəlincik, kimi oyuncaq uşaq mətbəxi, kimi maşın, kimi velosiped, kimi də vertolyot, "PlayStation" və ya skuter istəyib.

Əvvəlcə hədiyyələrin toplanması üçün aksiyanı dekabrın 29-dək keçirmək, ayın 30-da isə onları Onkologiya Mərkəzindəki sahiblərinə çatdırmaq nəzərdə tutulmuşdu. Lakin “Şaxta Baba” olmaq istəyən insanlar nəinki bu aksiyaya dəstək verdilər, həm də kifayət qədər operativ iştirak etdilər. Aksiya ilk gündən sürət yığdı və demək olar ki, bir neçə saata "Əli və Nino-2" dükanında başa çatdı. Dekabrın 26-da isə artıq bütün hədiyyələr Sputnik Azərbaycan-ın redaksiyasına gətirilmişdi.

Bu gün xeyriyyə aksiyası başa çatıb. Sputnik Azərbaycan-ın bir neçə əməkdaşının iştirakı ilə hədiyyələr Onkologiya Mərkəzinin pasienti olan uşaqlara təqdim edildi. Bunun necə baş verdiyi ilə dekabrın 29-da Sputnik Azərbaycan-da tanış ola bilərsiz.

Hələlik biz sizə #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyasına dəstək verənlər haqqında qısa məlumatı təqdim edirik.

"Əli və Nino-2" kitab dükanında yerləşdirilmiş yolkanı bəzəyən 20-dən çox açıqcada öz əksini tapan arzuları yerinə yetirməyi RANTUR T.A. turizm şirkəti öz üzərinə götürüb.

© Sputnik / Murad OrujovRANTUR T.A. turizm şirkətinin əməkdaşları
RANTUR T.A. turizm şirkətinin əməkdaşları - Sputnik Azərbaycan
RANTUR T.A. turizm şirkətinin əməkdaşları

“Mercedes-Benz” avtomobil brendinin Azərbaycandakı nümayəndəliyi 6 açıqcanın sahibini sevindirib. O hədiyyələri uşaqlara “Mercedes-Benz”-in Azərbaycandakı baş nümayəndəliyi “Autocapital-Azerbaijan”, həmçinin “Mercedes-Benz”-in ölkəmizdəki rəsmi dileri “Autostar Kaukasus GmbH Azerbaijan” şirkəti və "Abşeron" Avtomobil Mərkəzi alıb. Ən bahalı hədiyyələrdən bir olan “PlayStation”-ı 11 yaşlı Nicat Hüseynliyə “Autostar Kaukasus GmbH Azerbaijan” şirkəti hədiyyə edib.

© Sputnik / Murad OrujovMercedes-Benz avtomobil brendinin Azərbaycandakı nümayəndələri
Mercedes-Benz avtomobil brendinin Azərbaycandakı nümayəndələri - Sputnik Azərbaycan
Mercedes-Benz avtomobil brendinin Azərbaycandakı nümayəndələri

“Mercedes-Benz” avtomobil brendinin Azərbaycan nümayəndəliyi aksiyada iştirak etmək arzusunu dərhal ifadə edərək elə ilk gündəcə altı pasientin “Bon Appetit”-dəki yolkada yerləşdirilən açıqcada əksini tapan arzusunu yerinə yetirib.

Aralarında 10 yaşlı Fəridin arzuladığı LEGO-maşının, üç yaşlı Muradın istədiyi skuterin və 17 yaşlı Hüseynin xəyalı olan böyük tankın olduğu səkkiz hədiyyəni isə “Baku Crystal Hall” alıb. Bununla yanaşı, sözügedən kompleksin nümayəndələri Hüseynə gözlənilməz sürpriz edərək ona tankla yanaşı bütöv bir hərbi dəst hədiyyə edib.

Aksiyada sözügedən şirkətlərlə yanaşı müğənnilər, deputatlar, dövlət qurumlarının mətbuat xidmətləri və sadə vətəndaşlar da iştirak edib. Sadə vətəndaş öz xeyirxahlığı ilə bizi və hədiyyə etdiyi uşağı müsbət mənada heyrətləndirib. Açıqcada öz xeyirxahından böyük Şaxta Baba istəyən dörd yaşlı Əli Əsgərlinin arzusunu İrina adlı qız yerinə yetirib. O, Əliyə əlavə olaraq şirniyyatlar da göndərib və açıqcanın özünə aid hissəsində bu sözləri yazıb:

© Sputnik / Murad OrujovBalaca Əlinin Yeni il arzuları yazılmış açıqca
Balaca Əlinin Yeni il arzuları yazılmış açıqca - Sputnik Azərbaycan
Balaca Əlinin Yeni il arzuları yazılmış açıqca

"Əzizim Əli! Sənin Yeni ilini təbrik edirəm! Mən bilirəm ki, sən çox ağıllı və mehribansan. Çox əminəm ki, sən tezliklə sağalacaqsan və biz səninlə Yolkanın yanında qarşılaşacağıq. Sənin hədiyyəni sənə vermək istəyirəm. Səni gözləyəcəm!"

Biz burada "Əli və Nino-2" kitab mağazasının və “Bon Appetit” şirniyyat dükanının əməkdaşlarının əməyini qeyd etməyə bilmərik. Bu dükanların gənc əməkdaşları aksiyaya çox ciddi yanaşdılar. Onlar yolkaların qurulması və bəzədilməsində bizə kömək etdilər, uşaqların arzuladığı hədiyyələrin gətirildiyi barədə dərhal hesabat verdilər, hətta özləri də hədiyyə aldılar. Sputnik Azərbaycan-ın yayımladığı açıqcalarda qeyd olunan adlar arasında onların adlarına da rast gəlmək mümkündür.

Xəbər lenti
0