CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur braziliyalı ulduz Yeni ili Bakıda keçirəcək

Abunə olmaq
Sabancının bir gecəlik performans üçün 40 min dollar pul alacağı qeyd olunub

BAKI, 28 dekabr — Sputnik. Futbol üzrə Braziliya yığmasının və Fransanın PSJ komandasının üzvü Dani Alveş Yeni ili Azərbaycanda qarşılayacaq.

Sputnik Azərbaycan bu barədə "Sabah"-a istinadən xəbər verir.

© AP Photo / Silvia IzquierdoDani Alveş, arxiv şəkli
Dani Alveş, arxiv şəkli - Sputnik Azərbaycan
Dani Alveş, arxiv şəkli

Braziliyalı müdafiəçi dekabrın 31-də “Hilton” otelində təşkil ediləcək şənlik üçün Bakıya dəvət olunub. Tədbirə dəvət alanlar arasında türkiyəli DJ Faruk Sabancı da var.

Sabancının bir gecəlik performans üçün 40 min dollar pul alacağı qeyd olunub. Dani Alveşə isə nə qədər pul vəd edildiyi açıqlanmır. 

Xəbər lenti
0