CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Piyada qətliamı davam edir: vəsiqəsiz sürücü 66 yaşlı qadını öldürdü

© Photo : BNDAvtobuslar
Avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzanı törədən sürücünün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmayıb

BAKI, 28 dekabr — Sputnik. Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib. Sputnik Azərbaycan lent.az-a istinadla xəbər verir ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (metronun "Nərimanov" stansiyasının yaxınlığı) Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi "Daewoo" markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub.

Ağır xəsarət alan 66 yaşlı qadın hadisə yerində ölüb.

Qəzanı törədən avtobus 202 saylı marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olurmuş.

Araşdırmalar zamanı məlum olub ki, sürücünün marşrut avtobusunu idarə etməyə hüquq verən müvafiq kateqoriyalı sürücülük vəsiqəsi yoxdur. Həmçinin hadisəni törədən sürücü ilə onu işə götürən daşıyıcı şirkət arasında əmək müqaviləsinin olmadığı da üzə çıxıb.

O da bildirilir ki, qəzanı törədən sürücü artıq saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0