CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlara video-müraciət edildi - Təhlükə var

Abunə olmaq
Bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir

BAKI, 28 dekabr — Sputnik. Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Sputnik Azərbaycan-ın redaksiyasına daxil olan müraciətdə deyilir ki, yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

— evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

— işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

— ağac tezalışan oyuncaqla bəzədilməməli;

— qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

— şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

— şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

— pəncərədə dəmir barmaqlıq olmamalı;

— məkanın iki çıxışı olmalı;

— ehtiyat qapı üzərində "Çıxış" sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

— otağın qapıları mütləq bayıra açılmalı;

— məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

— şənlikdə işıq tam söndürülməməli;

— şənliyə tezalışan materialdan paltar geyinilməməli;

— məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Xəbər lenti
0