BAKI, 28 dekabr — Sputnik. Səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin mətbuat katibi Liya Bayramova ilə bağlı əmr imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin 88 nömrəli 26 dekabr 2017-ci il tarixli əmri ilə Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin mətbuat şöbəsi media ilə səmərəli əməkdaşlığı ilə seçilir. KİV-lərin Səhiyyə Nazirliyinə ünvanladığı sorğular vaxtında cavablandırılır, keçirilən tədbirlərdə medianın iştirakı üçün şərait yaradılır.