BAKI, 28 dekabr — Sputnik. Baş Prokurorluq Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Sputnik Azərbaycan-a bildirib ki, Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.