BAKI, 28 dekabr — Sputnik. "Veysəloğlu" Şirkətlər Qrupu "ASAN Könüllüləri" təşkilatı ilə birlikdə "ASAN Məktub" layihəsini davam etdirir. Sputnik Azərbaycan xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd əhalinin həssas qrupuna daxil olan 4-14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır.
İlk layihə Astara rayonunun ucqar yaşayış məntəqəsi hesab olunan Qapıçıməhəllə kəndində reallaşdırılıb. Ümumilikdə 51 uşağın "ASAN Məktub"a ünvanladıqları arzu və istəkləri gerçəkləşdirilərək onlara hədiyyələr təqdim olunub.
Bundan başqa, təqdimetmə mərasimi Yeni il şənliyi ilə davam etdirilib, həmçinin tədbirə qatılan digər uşaqlara da bayram sovqatı təqdim olunub.