Fikrət Sadıxov: “Beynəlxalq hüquq BMT-ni təsis edənlər tərəfindən tapdalanır”
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT üzvlərinin elektron poçt ünvanlarına göndərdiyi xəbərdarlıq mesajında Qüdslə bağlı səsverməni ABŞ-ın “şəxsi məsələ kimi” qəbul etdiyini və ABŞ əleyhinə səs verənlər barədə Donald Trampa məruzə edəcəyini bildirib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, artıq beynəlxalq hüquq normaları arxa plana keçib:
“BMT-ni yaradan aparıcı dövlətlər beynəlxalq hüququ inkar edir. ABŞ üçün əsas olan strateji maraqlarıdır. Bu dünya siyasətindəki bir sıra proseslərə mənfi təsir edəcək”.