Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda əcnəbi dillilər məyus olacaq: Axı bu, ərzaq və ya telefon deyil...

© Sputnik / Kemale AliyevaV Bakı beynəlxalq kitab yarmarkası
V Bakı beynəlxalq kitab yarmarkası - Sputnik Azərbaycan
Abunə olmaq
Xaricdən gələn kitablar bahalaşacaq, bəs yaranan boşluq necə doldurulacaq?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatlarına tətbiq edilən idxal gömrük rüsumları dəyişəcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə öz əksini tapıb.

Sınıqkörpü sərhəd gömrük məntəqəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gömrükdən bu qədər mal və pul keçirə bilərik, həm də rüsumsuz, xəbərdarlıqsız

"Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə əsasən, bu məmulatlara 3 faiz idxal gömrük rüsumları tətbiq olunur. Gələn il yanvarın 1-dən isə bu məmulatlara tətbiq edilən idxal gömrük rüsumları 5 faiz olacaq.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a şərhində bildirib ki, gömrük rüsumlarının əsas məqsədi daxili istehsalçını qorumaqdır: "Kitablara qoyulan rüsumu artırmaq da ona görədir ki, hamı yerli kitabları alsın. Bəzi mallara qoyulan rüsumlar başa düşüləndir. Məsələn, mebel və ya digər ərzaq mallarına rüsum qoyulması normaldır".

"Bunları Azərbaycanda da istehsal etmək mümkün olduğu üçün xaricdən gətirilən mallara dövlət rüsumu qoymaq olar. Amma kitablara dövlət rüsumunu artırmaq düzgün deyil" — Həsənov bildirib.

Ekspert vurğulayıb ki, bu gün yerli kitab istehsalı mövcud olsa da, yerli kitablar xarici kitablarla rəqabət aparmır: "Xaricdən gələn kitablar başqa dildədir və onların Azərbaycan bazarında alternativi yoxdur. Nəzərə alsaq ki, azərbaycanlı gənclərin xarici dilləri yaxşı bilmələri mütləqdir, o zaman onlar xarici dil biliklərini artırmaq üçün xarici dildə olan elmi və ədəbi kitablar oxumalıdırlar. Amma Azərbaycan bazarında olan kitablar yalnız doğma dilimizdədir".

Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev - Sputnik Azərbaycan
Abdullayev: “Gənclər nə qədər çox kitab oxusalar, bu bir o qədər yaxşıdır”

"Eyni zamanda, elmi kitabların Azərbaycan dilində azlığı da nəzərə alınmalıdır. Elə elmi kitablar var ki, Azərbaycanda heç yoxdur, olanlarda da məlumat azdır və elmi işlə məşğul olan insanları qane etmir. Mən özüm şəxsən hüquq sahəsi üzrə olan kitabları xaricdən alıram" – mütəxəssis əlavə edib.

Ə.Həsənovun qənaətincə, bu sahədə gömrük rüsumunun artırılması belə, yerli istehsalçıya kömək etməyəcək: "Əksinə, gömrük haqlarının artırılması əhalinin maariflənməsində problem yaradacaq. Əsas məntiq dövlət büdcəsini doldurmaqdır. Amma bu, doğru yol deyil. Çünki yeni qanun artıq onlayn kitabların oxunuşunu artıracaq".

"Hədəf Nəşrləri" MMC-nin direktoru, yazar Müşfiq Xan isə o fikirdədir ki, yeni dəyişiklik yerli nəşrlərin istehlakına az da olsa, təkan verəcək: "Ümumiyyətlə, son 2 ildə kağızın bahalaşmasını nəzərə alsaq, Azərbaycanda nəşr olunan kitablar yetərincə uyğun qiymətə təklif olunur. Başqa vacib nüans isə kitabın keyfiyyətidir. Tələb olunmayan, heç kəsin yadına düşməyən müəlliflərin yeni-yeni kitablar yayımlaması olduqca gülüncdür".

"Bunun əvəzinə tələb olunan kitablar çap olunmalıdır. Bunu da naşirlər düşünməlidirlər. Hər hansı xaricdə çap olunan kitabı ana dilimizdə yayımlamaq üçün nəşriyyata 1-2 ay vaxt lazımdır. Amma dəfələrlə olub ki, oxucuların rəğbətini qazanacağına ümidləndiyimiz, çox oxunacağını proqnozlaşdırdığımız kitabların nəşrdən sonrakı aqibəti adətən bizi məyus edib" — direktor Sputnik Azərbaycan-a bildirib.

Millət vəkili Asim Mollazadə də Sputnik Azərbaycan-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, xaricdən gətirilən kitablara qoyulan dövlət rüsumunun artırılması təəssüf doğurur: "Bu yenilik elektron kitablara tələbatı artıracaq. Onsuz son zamanlar tələbələr, elmi işlə məşğul olan şəxslər elektron kitablardan daha çox istifadə edirlər. Düşünürəm ki, kitablara qoyulan gömrük haqlarının artırılması zamanı yaranacaq boşluğu onlayn kitablar dolduracaq".

Xəbər lenti
0