BAKI, 27 dekabr — Sputnik. Türkiyənin Suriya ilə sərhədində yerləşən Qaziantep əyalətinin İslahiye rayonunda 106-cı Artilleriya Alay Komandanlığında xidməti vəzifəsini yerinə yetirən 70 əsgər yedikləri yeməkdən zəhərlənərək xəstəxanaya aparılıb.
Sputnik Azərbaycan "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, ürək bulanması, qusma və baş ağrısı şikayətləri ilə əsgərlər təcili yardım maşınları ilə İslahiye dövlət xəstəxanasına aparılıb.
Burada müalicə edilən əsgərlərin əksəriyyəti evə buraxılıb, bəziləri isə hələ də nəzarət altında saxlanılır.
Əsgərlərin nədən zəhərləndiyi məlum deyil.