Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Şaxta Babalar Onkologiya Mərkəzindəki uşaqlara hədiyyə gətirməkdədirlər

© Sputnik / Murad OrujovЕлка доброты Спутника
Елка доброты Спутника - Sputnik Azərbaycan
Abunə olmaq
Şaxta Babalar uşaqların arzu etdikləri oyuncaqları Sputnik Azərbaycan-ın redaksiyasına gətirməkdədirlər

BAKI, 27 dekabr — Sputnik. Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun həyata keçirdiyi #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası sona çatmaq üzrədir.

Bu gün Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqların Yeni İl arzularının demək olar ki, hamısı yerinə yetib. Şəxsi Şaxta Babalar arzu edilən oyuncaqları Sputnik Azərbaycan-ın redaksiyasına gətirməkdədirlər. Tezliklə bu proses tamamilə başa çatacaq.

Bir az sonra #YolkaXeyirxahlıqAğacı-nın hədiyyə torbası tam dolacaq və o, klinikanın 2 yaşdan 18 yaşadək olan 49 pasientlərini sevindirəcək. 

Елка доброты Спутника - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onlar sizi gözləyir: Sputnik Azərbaycan onkoloji xəstə uşaqlar üçün Şaxta Baba axtarır

Məhz onlar öz yeni il arzularını Sputnik Azərbaycan-ın xüsusi açıqcalarına yazıblar. Həmin açıqcalar isə Sputnik Azərbaycan-ın "Əli və Nino" kitab dükanı (Park Bulvar TM, birinci mərtəbə) və "Bon Appetit" şirniyyat mağazasında (Bülbül prospekti, 36/38, "Nizami" Kino Mərkəzinin yanı) qurduğu Yeni İl yolkasını bəzəyib.

Xatırladaq ki, sözügedən aksiya dekabrın 15-də elan edilib. Cəmi bir günə bu aksiya "Əli və Nino-2" kitab dükanında başa çatıb. Uşaqların arzularının böyük hissəsini Rantur T.A. turizm şirkəti yerinə yetirib.

Hazırda #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası Bon Appetit şirniyyat dükanında davam edir.

Mercedes-Benz avtomobil brendinin Azərbaycandakı nümayəndəliyi 6 hədiyyəni almağı dərhal öz boynuna götürüb. O hədiyyələri uşaqlara Mercedes-Benz-in Azərbaycandakı baş nümayəndəliyi Autocapital-Azerbaijan, həmçinin Mercedes-Benz-in ölkəmizdəki rəsmi dileri Autostar Kaukasus GmbH Azerbaijan şirkəti və "Abşeron" Avtomobil Mərkəzi alıb. Ən bahalı hədiyyələrdən bir olan PlayStation-ı uşaqlardan birinə Autostar Kaukasus GmbH Azerbaijan şirkəti hədiyyə edib.

Biz uşaqların artıq yerinə yetirilmiş arzularının bir hissəsini yayımlayırıq. Açıqca təsvirlərinin üzərinə basmaqla siz xeyirxah Şaxta Babalarla adbaad tanış ola bilərsiz.

Xeyriyyə aksiyası davam edir. Arzu edən hər kəs Bon Appetit-dəki #YolkaXeyirxahlıqAğacı-na yaxınlaşaraq açıqca seçə və Yeni il bayramı ərəfəsində uşaqların arzusunu yerinə yetirə bilər.

Xatırladaq ki, #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası çərçivəsində toplanan bütün hədiyyələr Yeni il bayramında klinikada müalicə olunan uşaqlara veriləcək.

#YolkaXeyirxahlıqAğacı haştağını sosial şəbəkələrdə paylaşaraq bu aksiyaya dəstək olun.

Xəbər lenti
0