BAKI, 27 dekabr — Sputnik. Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın "Report”a istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Rakif Hüseynov həyat yoldaşı ilə sərnişindaşıyan marşrut mikroavtobusda gedərkən qəfildən bir nəfər onun ürək nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralı marşrut sürücüsü tərəfindən xəstəxanya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Faktla bağlı Cəlilabad Rayon Prokururluğunda cinayət işi başlanıb, istintaq davam edir.