Rusiya türk əsgərləri ilə bağlı açıqlama verdi

© Sputnik / Maksim Blinov / Mediabanka keçidMoskvada Rusiya XİN binası
Moskvada Rusiya XİN binası - Sputnik Azərbaycan
Abunə olmaq
Mixail Boqdanov: "Vəziyyət normala qayıdandan sonra hər üç ölkə hərbçiləri Suriyanı tərk edəcək"

BAKI, 27 dekabr — Sputnik. "Türk əsgərləri Suriyada gərginliyi azaltma bölgələrində vacib rol oynayır". Bunu Sputnik-ə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Boqdanov Rusiya, Türkiyə və İran arasında əldə edilən razılığa işarə edərək deyib: "Üç zamin dövlət olaraq Suriyada atəşkəsin təmin olunduğu ərazilərdə təhlükəsizliyi qorumaq məsuliyyətimiz var. Türk əsgərləri də, eynilə rus və iranlı əsgərlər kimi bu missiyanı yerinə yetirirlər. Müqaviləyə əsasən, bu bölgələr 6 ay müddətə qurulub və vəziyyətə görə uzadıla bilər".

"Vəziyyət normala qayıdandan sonra hər üç ölkə hərbçiləri Suriyanı tərk edəcək" – Mixail Boqdanov Sputnik-ə bildirib.

Xəbər lenti
0