BAKI, 27 dekabr — Sputnik. Dünyaca məşhur amerikalı müğənni Rihannanın əmisi oğlu Tavon Kaisen silahı hücum nəticəsində öldürülüb. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, 21 yaşlı Kaisen küçədən keçərkən arxadan güllələnib.
Hadisə şahidləri bildiriblər ki, bir nəfər ona yaxınlaşıb və anidən bir neçə dəfə atəş açıb. Xəstəxanaya aparılan Tavon Kaisenin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən xəbər tutan Rihanna bunları deyib: "İnana bilmirəm. Dünən gecə birlikdə Milad Bayramını qeyd etmişdik".