CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı bazarlarının 80 faizi onların "inhisarındadır" - Unikal kənd

© Sputnik / Ilham MustafayevGoranboy rayonunun Qaradağlı kəndində əkin sahəsi
Goranboy rayonunun Qaradağlı kəndində əkin sahəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu kəndin sakinləri iyirmi ildir ancaq bir işlə məşğuldur

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. Goranboy rayonunun Qaradağlı kəndi Azərbaycanda ən çox göyərti becərən kənddir. Əvvəllər pambıq sahələri olan ərazilər 1997-ci ildə torpaq islahatına əsasən sakinlərə paylanıb. O vaxtdan başlayaraq, minə yaxın təsərrüfatı olan kənddə hər ailə tərəvəz becərərək dolanışığını təmin etməyə başlayıb. Burada gün ərzində 30-40 min dəstə göyərti bağlanaraq Bakıya, az miqdarda isə Rusiya bazarlarına göndərilir.

© Sputnik / Ilham MustafayevGoranboy rayonunun Qaradağlı kəndində əkin sahəsi
Goranboy rayonunun Qaradağlı kəndində əkin sahəsi  - Sputnik Azərbaycan
Goranboy rayonunun Qaradağlı kəndində əkin sahəsi

Artıq 20 ilə yaxındır tərəvəzçiliklə məşğul olan kənd sakini Sərdar Bayramov bu işin incəlikləri barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb. Fermer əkin sahələrində ən çox cəfəri, şüyüd, göy soğan, pencər becərdiklərini, yetişdirdikləri məhsulun Azərbaycanda "Goranboy göyü" kimi tanındığını bildirib. Dediyinə görə, kənddə hər kəsin torpaq sahəsi var və hərə 0.10-0.20 ha-dan tutmuş, yarım hektara qədər ərazidə tərəvəz əkir.

© Sputnik / Ilham MustafayevBu tip istixanalar hesabına Qaradağlıda ilin dörd fəsli göyərti yetişdirmək mümkündür
Bu tip istixanalar hesabına Qaradağlıda ilin dörd fəsli göyərti yetişdirmək mümkündür - Sputnik Azərbaycan
Bu tip istixanalar hesabına Qaradağlıda ilin dörd fəsli göyərti yetişdirmək mümkündür

"İlin bütün fəsillərində Qaradağlıda göyərti becərir, satışa çıxarırıq. Qış aylarında ən çox göy soğana üstünlük veririk. Soyuğa davamlı olduğundan onu yaza kimi saxlamaq mümkündür. Digər göyərtilər isə soyuğa həssas olduğundan üstünü bağlayırıq" – deyə S.Bayramov bildirir.

Fermer təsərrüfatın çətinliklərindən də danışıb. Əzab-əziyyətlə yetişdirilən məhsulun 6-8 qəpiyə satıldığından, bu səbəbdən də təsərrüfat xərclərini çıxdıqdan sonra cüzi gəlir qalmasından gileylənib: "Təsərrüfat xərclərini çıxdıqdan sonra dəstəsində 2 qəpik bizə qalır. İl ərzində də bütün ailə üzvlərimizlə bərabər sahələrdə oluruq. Hazırda ən çox satdığımız soğandır. Günortadan sonra sahələrə çıxır, qaranlıq düşənə kimi məhsul yığırıq. Gecə saat 12-ə kimi təmizləyib dəstələyirik ki, səhər alverçilər gəlib aparacaq. Beləliklə, gündəlik çörəkpulumuzu çıxarırıq".

© Sputnik / Ilham MustafayevSərdar Bayramov
Sərdar Bayramov - Sputnik Azərbaycan
Sərdar Bayramov

Bakı şəhərinin göyərti tələbatının 80%-ni "Goranboy göyü"nün ödədiyini bildirən digər fermer Fuad Tağıyev də hazırkı qiymətlərin çəkdikləri əziyyəti ödəmədiyini deyib: "3 il bundan qabağadək təsərrüfatla birtəhər dolanmaq olurdu. İndi gündən-günə pul qiymətdən düşsə də, göyərtinin qiyməti 6-8 qəpikdən dəyişmir. Dərmanlar, gübrələr, suvarma pulu və gündəlik xərclər isə bahalaşır".

© Sputnik / Ilham MustafayevYerli sakinlər burada yetişdirilən məhsulun ən keyfiyyətli göyərti olduğunu iddia edirlər
Yerli sakinlər burada yetişdirilən məhsulun ən keyfiyyətli göyərti olduğunu iddia edirlər  - Sputnik Azərbaycan
Yerli sakinlər burada yetişdirilən məhsulun ən keyfiyyətli göyərti olduğunu iddia edirlər

Becərdikləri məhsulun əvvəllər Rusiya bazarlarına çıxarıldığını deyən kənd sakinləri gömrük rüsumlarının bahalığı səbəbindən artıq xaricə mal çıxara bilmədiklərini bildirirlər. Onların dediyinə görə, təyyarə ilə göndərilən hər kiloqram göy üçün 1 dollar ödəniş tələb olunur və nəticədə xaricə çıxarılan məhsuldan gəlir götürə bilmirlər.

Yetişdirdikləri məhsulun Azərbaycanda ən keyfiyyətli göyərti olduğunu iddia edən Qaradağlı sakinləri bunu əkin sahələrinin Kəpəz dağdan, Göygöldən gələn Kürəkçayın suyu ilə suvarılması ilə əlaqələndiriblər.

Kənd sakini Şahin Muxtarov digər yerlərdə istehsal olunan göyərtinin bazara "Goranboy göyü" adı altında çıxarıldığını deyərək daha keyfiyətli məhsulu necə seçməyi Sputnik Azərbaycan vasitəsilə alıcıların nəzərinə çatdırıb: "İndiyədək Bakıda "Goranboy göyləri"ni söyüd ağacından hazırlanmış burğu ilə bağlanmasına görə tanıyırdılar. Lakin son vaxtlar burğu baha başa gəldiyindən daha ucuz başa gələn Yevlax cili ilə bağlayırıq və məhsulumuz artıq bununla seçilir".

© Sputnik / Ilham MustafayevQaradağlı kəndi
Qaradağlı kəndi - Sputnik Azərbaycan
Qaradağlı kəndi

Şahin Muxtarov bütün çətinliklərə baxmayaraq, Qaradağlının göyərti istehsalında liderliyi, hələ ki, saxladığını deyib.

Xəbər lenti
0