BAKI, 26 dekabr — Sputnik. İsrail müdafiə naziri Aviqdor Liberman fələstinlilərə ölüm cəzasının tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin yaxın günlərdə İsrail parlamentində (Knesset) səsverməyə çıxarılacağını bildirib.
Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, nazir İsrail hədəflərinə qarşı əməliyyat keçirən fələstinlilərin edam edilməsini nəzərdə tutan layihənin çərşənbə günü ilk səsverməyə çıxarılacağını bildirib.
Liberman söyləyib ki, bu cür cəza ABŞ qanunlarında da var. Bu səbəbdən, İsrailin də dünyada ən güclü demokratik sistemin yolu ilə getməsinə üstünlük verilir.
Qanun layihəsinin qəbul edilməsi üçün parlamentdə 3 mərhələdən keçməsi lazımdır.
Hələlik edam hökmünün olmadığı İsraildə cinayətkara yüz illərlə həbs cəzası verilə bilir.