Fransadan Səudiyyə Ərəbistanına təcili telefon zəngi

© AFP 2024 / PHILIPPE WOJAZERFransa prezidenti Emmanuel Makron
Fransa prezidenti Emmanuel Makron - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistan rəhbərliyindəki beynəlxalq koalisiya 2014-cü ildən bu yana İrandan maliyyələşən husi döyüşçülərinə qarşı əməliyyat aparır

BAKI, 27 dekabr — Sputnik. Fransa prezidenti Emmanuel Makron Yəmənə qarşı blokadanın aradan qaldırılmasını istəyib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Makron bunun üçün Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizlə telefonda danışıb.

Makron Salmandan Yəməndəki müharibəni sonlandırmağı, blokadanı tamamilə ləğv etməyi xahiş edib. Fransız lider Yəməndəki humanitar fəlakətdən ciddi narahat olduqlarını, insani yardım və ticari malların ölkəyə buraxılmasını istədiklərini deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistan rəhbərliyindəki beynəlxalq koalisiya 2014-cü ildən bu yana İrandan maliyyələşən husi döyüşçülərinə qarşı əməliyyat aparır.

Xəbər lenti
0