BAKI, 27 dekabr — Sputnik. Səbail rayonunda ağılagəlməz oğurluq hadisəsi baş verib.
Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, Neftçilər prospekti, ev 91, mənzil 49-da yaşayan 1964-cü il təvvəllüdlü Azadə Abbas qızı Hüseynova Səbail Rayon Polis İdarəsinə ərizə yazaraq bildirib ki, dekabrın 12-də həyat yoldaşı, 1-ci qrup əlil, 57 yaşlı Cavanşir Aydın oğlu Vahabova məxsus olan əlil arabasını yaşadığı evin 1-ci mərtəbəsinə (bloka) qoyub. Dekabrın 23-də saat 19:00-da arabanın oğurlanmasını aşkar edib.
Hazırda Səbail polisi oğrunu axtarır.