CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 18 jurnalistə mükafat verildi

© Sputnik / Irade JELIL"Söz azadlığı və dini icmalar" mövzusunda konfrans
Söz azadlığı və dini icmalar mövzusunda konfrans - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqəyə İslam həmrəyliyi ilə bağlı məqalələr təqdim olunub

BAKI, 27 dekabr — Sputnik. Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Mətbuat Şurası və Bakı şəhər "Məşədi Dadaş" dini icması tərəfindən "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilib.

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi - Sputnik Azərbaycan
FOTO
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi fotolarda

Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə DQİDK-nın sədri Mübariz Qurbanlı açıb. Sonra Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlunun, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlının çıxışları, DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyevanın "Din və media" mövzusunda təqdimatı dinlənilib.

Ardınca kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında "İslam həmrəyliyi və media" mövzusunda elan edilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Münsiflər heyəti adından Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simnar Həsənov, "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənli çıxış edərək öz fikirlərini bildirib.

Qeyd edək ki, müsabiqəyə Azərbaycanın İslam həmrəyliyinə töhfəsi, İslam həmrəyliyini zəruri edən səbəblər, o cümlədən Azərbaycan dövlətinin İslam dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsi istiqamətində gördüyü işlər barədə məqalələr təqdim olunub.

Sonda müsabiqənin nəticələri elan edilib və qaliblər mükafatlandırılıb. Birinci yerin qalibinə (1 nəfər) 1000 manat, ikinci yeri tutanlara (2 nəfər) 800 manat, üçüncü yerin sahiblərinə isə (3 nəfər) 600 manat məbləğində mükafat verilib. 12 nəfərə isə həvəsləndirici mükafat təqdim edilib.

Xəbər lenti
0