CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşayış minimumu və ehtiyac meyarı artırıldı

Abunə olmaq
Azərbaycan Respublikası Prezidenti müvafiq sərəncamlar imzalayıb

BAKI, 26 dekabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunu təsdiq edib. Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilir. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
Azərbaycanda minimum əməkhaqqı artırıldı

Qeyd edək ki, 2017-ci ildə ehtiyac meyarı 116 manat təşkil edir.

Prezident Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında da qanunu imzalayıb. 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.

Bu Qanun da 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilmişdi.

Xatırladaq ki, "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib.

Xəbər lenti
0