Türkiyə qarşısında şərt qoyuldu: "Əks halda heç bir şansınız yoxdur"

© REUTERS / Murad Sezer/File PhotoФлаги Евросоюза и Турции развеваются перед одним из отелей в Стамбуле
Флаги Евросоюза и Турции развеваются перед одним из отелей в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Siqmar Qabriel: "Siyasi sahədə vəziyyət dəyişmədikcə bu ölkə İttifaqa üzv ola bilməyəcək"

BAKI, 26 dekabr — Sputnik. "Ukrayna və Türkiyəni yaxın gələcəkdə Avropa İttifaqında görmürük". Sputnik Azərbaycan Almaniyanın tanınmış "Deutch Welle" agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel jurnalistlərə açıqlamasında deyib.

"Yaxın vaxtlarda Ukrayna və Türkiyəni Avropa İttifaqının üzvü kimi görə bilmirəm. Ukraynanın az-çox şansı olsa da, Türkiyənin bu şansı çox azdır. Türkiyədə siyasi sahədə vəziyyət dəyişmədikcə bu ölkə İttifaqa üzv ola bilməyəcək" — nazir bildirib.

Ziqmar Qabriel əlavə edib ki, Ukrayna və Türkiyə Aİ-yə üzv seçilməsələr belə, bu ölkələrlə daha sıx əməkdaşlığın alternativ formalarını axtarmaq lazımdır.

Xəbər lenti
0