SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yapon bloqçunun adı "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılıb

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Daizenin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasına dair qərar qəbul edilib

BAKI, 21 iyun — Sputnik. Yaponiya vətəndaşı, müstəqil bloqçu Natsumi Daizen Azərbaycanın Yaponiyadakı səfirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, N.Daizen məktubunda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini bildirib və Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini qeyd edib.

O, səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.

N.Daizenin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasına dair qərar qəbul edilib.

Xəbər lenti
0