CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənninin qızı görün hansı yolla pul qazanır

Abunə olmaq
Rəqsanənin qızı qərarını verdi: anasının yolu ilə gedəcək

BAKI, 26 dekabr — Sputnik. Azərbaycanın məşhur müğənnisi Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova toylarda çıxış edərək pul qazanmağa başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni Instagram sosial şəbəkəsindəki hesabında yerli məclislərin birindəki çıxışı əsasında hazırlanmış videoçarxı paylaşıb.

İsmayılova artıq toylarda oxumaq üçün bir neçə yeni mahnı da yazdırıb. Üstəlik, burada anasının repertuarında olan "Sevdim" hitinə də üstünlük verib. Aysun professional müğənni olmaq və anasının yolu ilə getmək üçün öz üzərində daim çalışır.

Qeyd edək ki, o, uzun müddət Türkiyədə dizaynerlik üzrə təhsil alıb. Qız, həmçinin Azərbaycan və Türkiyə aktyorlarının birlikdə rol aldığı filmdə də çəkilib.

Hazırda Aysun müğənni olmaq və anasının yolu ilə getmək fikrindədir. İsmayılova təkcə mahnı oxumaqla kifayətlənmək istəmir. O, həmçinin təkliflər olacağı təqdirdə film və seriallarda da çəkilmək niyyətindədir. Bu günlərdə onun debüt mahnısı olan "Şərtim var" ictimaiyyətə təqdim edilib. Mahnının müəllifləri Zülfi Bədəlov və Elvin Musayevdir.

Xəbər lenti
0