BAKI, 26 dekabr — Sputnik. Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev həbs edilib.
Sputnik Azərbaycan-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Rəhim Qazıyev dekabrın 25-də Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs qərarı çıxarılıb.
Bəzi məlumatlara görə, Rəhim Qazıyev Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.
Sabiq nazirin nədə ittiham edildiyi isə məlum deyil.