Həftəlik qiyməti 40 milyon dollar – Kosmosda da otel qururlar

© Photo : NASA via APYür kürəsinin kosmosdan görünüşü, arxiv şəkli
Yür kürəsinin kosmosdan görünüşü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnşa və quraşdırılma işləri başa çatandan sonra yüzlərlə kilometr uzaqdan dünyanı seyr etmək mümkün olacaq

BAKI, 26 dekabr — Sputnik. Rusiya Federal Kosmik Agentliyi "Roskosmos" Beynəlxalq Kosmik Mərkəzdə (İSS) lüks otel qurmağı planlaşdırır. Sputnik Azərbaycan bu barədə "Mirror"-a istinadən xəbər verir.

İnşa və quraşdırılma işləri başa çatandan sonra yüzlərlə kilometr uzaqdan dünyanı seyr etmək mümkün olacaq.

​Oteldə qalanlar üçün geniş kabinlər, dünyaya möhtəşəm mənzərəsi olan böyük pəncərələr, xüsusi tualetlər və Wi-Fi xidməti mövcud olacaq.

Oteldə 20 ton ağırlıqda, 15,5 metr uzunluğunda 4 ədəd yataq otağı olacaq. Burada qalmaq istəyənlər həftəsinə 40 milyon dollar ödəməli olacaq.

Otelin quraşdırılmasının isə 446 milyon dollara başa gələcəyi bildirilir.

Xəbər lenti
0