BAKI, 26 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərdədir.
Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gedib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayıb.
Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.