CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günləri ilə əlaqədar əhaliyə müraciət olundu

© Sputnik / Murad OrujovBakı beynəlxalq avtovağzalı
Bakı beynəlxalq avtovağzalı - Sputnik Azərbaycan
Abunə olmaq
Bayram ərəfəsində 700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur

BAKI, 26 dekabr — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Bu barədə Sputnik Azərbaycan-a BBAK-ın mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.

Dəmiryol vağzalında bilet satışı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vətəndaşların rahatlığı üçün gücləndirilmiş rejimə keçildi

O bildirib ki, dekabrın 25-dən yanvarın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və Kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsi ilə, təxminən, 8.5-9 min sərnişin yola salınırsa, bayram ərəfəsində 700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri kassadan və ya onlayn qaydada əldə etmək mümkündür. Əlavə sual və təkliflər üçün 012 406 01 58 (59) nömrələrinə müraciət etmək olar.

Xəbər lenti
0